Məşhur yazıçı Əziz Nesinin gəlini, aktrisa Hilal Nesin Azərbaycana qarşı təxribatçı addım atıb.
BUTA.TV xəbər verir ki, Hilal Nesin özünün X səhifəsində paylaşdığı videoda Qarabağdan öz istəyi ilə gedən ermənilər üçün erməni dilində ağı deyib.
"Yenə bir işğalın izləyicisiyik və mən sadəcə ermənicə ağı deyə bilirəm. Çoxlu sayda erməni Dağlıq Qarabağı tərk edir. Sadəcə biz deyil, dünyanın bir çox ölkəsi seyr edir", - o qeyd edib.
Qeyd edək ki, sözügedən paylaşım sosial şəbəkələrin Türkiyə seqmentində sərt tənqid edilir. Ölkə ziyalıları Qarabağdakı qondarma rejimin özünü buraxdığı bir gündə Hilal Nesinin atdığı bu addımın Türkiyə-Azərbaycan əlaqələrinin pozulması məqsədi daşıdığını vurğulayıb.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?