Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin getməsi üçün onlara heç bir təzyiq etmir. Seçimi onlara buraxıb.
Bu sözləri BUTA.TV-a konfliktoloq Elman Vəliyev deyib.
O, Qarabağdan kütləvi şəkildə köçən ermənilərin sonradan bunu Azərbaycan əleyhinə istifadə edə biləcəyinə dair xəbərlərin mənasız iddia olduğunu bildirib:
“Hər hansı beynəlxalq quruma, ədalət məhkəməsinə müraciət etsələr belə, üstünlük əldə edə bilməzlər. Çünki hüquqi bir yanlışlıq yoxdur. Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisində konstitusional haqlarını bərpa etdi. "Ev-eşiyini" tərk edib İrəvana, yaxud başqa yerlərə gedən ermənilərin Qarabağda hər hansı mülkə iddia etməsi absurd olar. Əgər pul tələb edilərsə, onlara qarşı Azərbaycanın 30 ildə vurulmuş ziyanı tələb etmə haqqı var. Oradakı mülkün notariat təsdiqini “artsax” verirdi, amma indi elə bir məfhum qalmayıb. Ermənilərin beynəlxalq qurumları təhrik etməsi boş əsaslara dayanır və nəticəsi müsbət olmayacaq. Bunlara görə Azərbaycana sanksiya, embarqo tətbiq edilməyəcək”.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?