Ağstafada 28 il əvvəl hərbi qulluqçu yoldaşını öldürən şəxs müəyyənləşib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev rəsmi qəzetə müsahibəsində deyib.
O bildirib ki, açılan işlərin sırasında 30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti də olub:
“Belə ki, əsgər P.H.İsgəndərovun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan atılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanılmış və sonradan icraatı dayandırılmış cinayət işi üzrə icraat təzələnərək, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğunun İstintaq idarəsinə həvalə olunub və həmin idarədə məharətlə aparılan istintaq zamanı əsgər P.H.İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər H.H.İsaxanov tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olduğundan, sonuncu cinayət məsuliyyətinə cəlb edlərək, onun məhkəmə qarşısına çıxarılması təmin edilmiş və barəsində ittiham hökmü çıxarılıb”.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?