Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antitteror tədbirlərini Nyu-Yorkda müzakirə etdik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, bəziləri qeyri-obyektiv mövqe tutur və bunu ifadə edir:
“Biz isə deyirik ki, antiterror tədbirləri Azərbaycanın haqqıdır. Azərbaycanlı qardaşlarımız 44 günlük müharibədən sonra səbrlə gözlədilər ki, xunta rejimi ləğv olunsun. Azərbaycanlı qardaşlarımız bu təmaslarda iştirak etdilər. Lakin nəticəsi olmadı. Onlar gördülər ki, təmaslar problemin həllinə yox, vaxtı uzatmağa hesablanıb. Ermənistan və bəzi dairələr vaxt uzadırdı”.
XİN başçısı qeyd edib ki, Qarabağdakı son antiterror tədbirləri zamanı mülki əhali arasında itki olmayıb.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?