Bu günə kimi Şuşa şəhərində 5 tarixi obyekt bərpa olunub.
Kult.az xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.
"Onların arasında Yuxarı Gövhər Ağa məscidi, xalça muzeyi, Mehmandarovların evi var. Artıq dediyim məscidə axund da təyin edilib və yaxın vaxtlarda o, öz fəaliyyətinə başlayacaq. Aşağı Gövhər Ağa Məscidinin bərpası isə gələn il yekunlaşacaq. Bərpa oluna bilməyən obyektlər isə konservasiya olunacaq. Eyni zamanda 4 heykəl üzərində iş davam edir", - deyə o qeyd edib.
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi