İkinci Qarabağ müharibəsindən sonra Baş nazir Nikol Paşinyana qarşı “üsyan bayrağı”nı əsasən “Daşnaksütyun” partiyasının üzvləri qaldırmışdılar. Alınmadı, devirə bilmədilər, cəmiyyət daşnakların və Qarabağ klanının arxasınca getmədi.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda keçirilən aksiyalar haqda bildirib.
O qeyd edib ki, hazırda Paşinyana qarşı aksiyaları Vazgen Manukyan təşkil edir:
“Manukyan müstəqil Ermənistanın ilk baş naziridir, ilk prezident Levon Ter-Petrosyanla yolları ayrıldıqdan sonra o qədər də gözə dəymirdi. 1990-cı illərin sonunda ondan geniş müsahibə almışdım, suallarıma cavabında hakimiyyətə gələcəyinə inanırdı, ancaq 25 ildir eyni yerdədir. Manukyan Nikol Paşinyana Prezident İlham Əliyevlə sülh sazişi imzalamağa mane olmağa çalışır, oktyabrın 5-də Qranada görüşünün əleyhinə İrəvanda mitinq planlaşdırır. Levon Ter-Petrosyandan fərqli olaraq, Vazgen Manukyan ahıl yaşında ağıllanmayıb. 2-3 minlik mitinqlər Nikol Paşinyanın vecinə də deyil, baş nazir Azərbaycanla sülh sazişi imzalamağa hazır olsa, Manukyan kimilər ona mane ola bilməyəcək. Önəmli olan Nikol Paşinyanın sülh sazişinin vacibliyi ilə bağlı daxili qərar verməsidir”.
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi