Cəbrayıl və Şuşa şəhərlərində elektrik avtobuslar və velosipedlər üçün ayrı yollar olacaq.
BUTA.TV xəbər verir ki, bunu şəhərlər üzrə dizayner Adiran Qriffits “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhər inkişafının idarə edilməsində şəhər hərəkətliliyinin əhəmiyyəti” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda deyib.
"Cəbrayıl və Şuşada yol infrastrukturunun qurulmasında iştirak edirəm. Hər iki şəhərdə elektrik avtobuslarının və velosipedlərin hərəkəti üçün şərait yaradılır. Velosiped yolunu yaradan zaman bunun üçün parklanmanı, təhlükəsizliyi təmin etmək vacibdir. Əsas diqqət etdiyimiz məqamlardan biri də velosiped yollarının yaşıllıq, mənzərəli yerlərdən salınmasıdır. Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturu insanlar üçün təhlükəsiz, təmiz olmalıdır", - o bildirib.
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi