“Vaqner” şirkəti Rusiya Qvardiyasına və ya Rusiya Müdafiə Nazirliyinə tabe ola və yenidən Ukrayna hərbçiləri üçün ciddi təhlükə yarada bilər. Ehtimal var ki, “Vaqner”in keçmiş rəhbəri Yevgeni Priqojinin oğlu muzdlulara başçılıq edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Vaqner”in statusu qeyri-müəyyən olaraq qalır, çünki muzdlular bir neçə fərqli ölkəyə səpələniblər. Lakin sentyabrın 29-da Putin keçmiş “Vaqner” komandiri və Rusiya Müdafiə Nazirliyinin hazırkı əməkdaşı Andrey Troşevlə görüşüb. Rusiya lideri onun ilk növbədə Ukraynada döyüş tapşırıqlarını yerinə yetirən yeni könüllü dəstələrin yaradılmasında iştirak edəcəyini bildirib. “Vaqner”in bəzi nümayəndələri bu açıqlamaya mənfi reaksiya verib və Priqojinin yerinə onun 25 yaşlı oğlu Pavelin gəlməsini istəyiblər. Lakin digər mənbələr bildiriblər ki, Pavel Priqojin müstəqil oyunçu deyil, “Vaqner” Təhlükəsizlik Xidmətinin rəhbəri Mixail Vataninin təsiri altındadır”, - məlumatda deyilib.
“Vaqner” tərəfdarı olan başqa bir mənbə iddia edir ki, Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov muzdluların Rusiya Qvardiyasına ayrıca birlik kimi qoşulmasına icazə verməyi düşünür:
“Bu məlumatlara əsaslansaq indi “Vaqner”in yenidən ciddi təhlükəyə çevrilmək potensialına sahib olduğunu görürük”.
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?