İsveçdə yerli "Hakken" və "Qarabağ" komandaları arasında reallaşacaq UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.
BUTA.TV xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.
VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.
Qeyd edək ki, oktyabrın 5-də Höteborqda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya