Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib.
BUTA.TV xəbər verir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından danışan AB lideri deyib ki, sülh hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqlar tələb edəcək.
O bildirib ki, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunmasında Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.
Şarl Mişel qeyd edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır və buna görə də AB bu ölkəyə humanitar yardım çatdırmalıdır.
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama