Estonlara qarşı çox qaçmalı olduq.
BUTA.TV-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Tallində Estoniya yığmasına 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis komandasının çıxışından razılıq bildirib:
“Yaxşı oyun göstərdik. Matça uğurlu başladıq, erkən qol vurduq. Fiziki cəhətdən güclü rəqiblə qarşılaşdıq. Əvəzləmələrin üçünü sarı vərəqələrə görə etdik”.
O, seçmə mərhələdə daha bir qələbə qazanacaqlarına ümid etdiyini bildirib.
Baş məşqçi Rahil Məmmədov və Mahir Emrelinin əvəzlənərkən etirazına da reaksiya verib:
“Üç gündən sonra çox vacib oyunumuz var. Bəzi futbolçular yorulmuşdular, sarı vərəqələri də var idi. Rahil Məmmədov klubunda az oynayır. Avstriya ilə qarşılaşmanı da düşünməliyik. Rəqib bizi çox qaçmağa vadar edəcək. Bu səbəbdən oyunçularımın hazır olmasını istəyirəm”.
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan