Yaxın Şərq genişmiqyaslı müharibə və görünməmiş humanitar fəlakət astanasındadır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nin Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar qapalı iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin Yaxın Şərqdə vəziyyətin son gərginləşməsinə görə məsuliyyətin əsasən ABŞ-ın üzərinə düşdüyünü bəyan edib və Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqdə dərhal atəşkəsə çağıran qətnamə təqdim etdiyini təsdiqləyib.
Diplomat qeyd edib ki, Rusiya Yaxın Şərqdəki münaqişədə vasitəçilik etməyə hazırdır. Onun sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasının üzvlərindən şənbə günü Moskva vaxtı ilə saat 19:00-a qədər qətnamə layihəsinə cavab verməyi xahiş edib.
Nebenzya qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri Rusiya Federasiyasının qətnamə layihəsinə müsbət, digərləri isə təmkinlə reaksiya veriblər.
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan