Hövsanda 20 yaşlı ananın övladını zəhərləyərək öldürməsinin təfərrüatları məlum olub.
BUTA.TV İctimai TV-yə istinadən xəbər verir ki, o, övladının südünə hidrogen peroksid tökərək həyatına son qoymaq istəyib.
"Uşağa südü verib çıxıb çölə ki, ölməyini görməsin. Qayıdanda görüb ki, uşaq ölməyib, hərəkət edir. Daha sonra yastığı ağzına basıb öldürüb".
Məlum olub ki, Nərgiz Bağıyeva sərbəst hərəkət etməsi, kişilərlə münasibət saxlamasına mane olduğu üçün uşağını öldürmək qərarına gəlib. O azyaşlının yeməyinə zəhər qatıb. Uşağın ölməsi üçün evdən çıxıb gedib. Nərgiz Bağıyeva aptekdən uşaq bezi alaraq geri qayıdanda uşağın ağzından köpük gəlsə də, ölmədiyini görüb. Bundan sonra o, onu boğaraq öldürüb.
Qeyd edək ki, N.Bağıyeva uşaq evində böyüyüb. O, qətlə yetirməkdə təqsirkar bilindiyi oğlunu Ziya adlı şəxslə nikahdan dünyaya gətirib.
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı