Tromboza aparan ən sürətli və qısa yol istirahətsiz, gərgin və xüsusən oturaq peşədə işləməkdir.
BUTA.TV xəbər verir ki, kardioloq Anna Koreneviç qəfil ölümün səbəbi olan trombun yaranma səbəbindən danışıb. “Biz o hallarla rastlaşırıq ki, insan qəfil ölür, çünki onda tromb qopub. Trombun yaranma səbəbi qanın qatılaşmasıdır. Qatı qan damarların divarlarına təzyiqi artıraraq hərəkət edir. Bu zaman varikoz, tromboflebit, stenokardiya və infarkt yaranır.
Tromboz əmələ gəlməməsi üçün qanı durulaşdırmaq lazımdır.
O insanlar qan qatılaşmasına meyillidir ki, onlar az hərəkət edir, pis qidalanır, oturaq işdə olur, stressdədir. Müasir insanların stressi isə həyat və işdə rutin problemlərdən olur. Ona görə arada istirahət və fasilə vermək lazımdır.
Gərgin iş rejimi tromboza kəsə yoldur. İstirahəti təxirə salanlar özünü riskə atır. Əgər siz son 1 ildir istirahətsiz çalışırsınızsa, fasilə vermək vaxtıdır”, - Koreneviç qeyd edib.
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı