Bayden Fələstin lideri ilə görüşəcək

18:08 - 17 Oktyabr 2023 - GÜNDƏM

 Bayden Fələstin lideri ilə görüşəcək

ABŞ Prezidenti Co Bayden İsrailə səfərindən sonra İordaniyaya gedəcək və burada oktyabrın 18-də Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə Kral II Abdullahla görüşəcək.

BUTA.TV xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

Onun sözlərinə görə, qarşıdan gələn danışıqlar çərçivəsində Qəzza zolağında mülki əhalinin humanitar ehtiyaclarının müzakirəsi planlaşdırılır.

Məlumata görə, səfərin məqsədi ABŞ-ın HƏMAS hücumları qarşısında İsrailə dəstəyini nümayiş etdirmək və vəziyyətin həlli üçün gələcək addımlar barədə məsləhətləşmələr aparmaqdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol