Gəncə şəhərində 37 yaşlı kişi sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib.
BUTA.TV Report-a istinadən məlumatına görə, hadisə Gəncə şəhər Məhsəti qəsəbəsi, 8-ci küçədə yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Ə.Bağırov sirkə turşusundan zəhərlənib.
O, Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
- İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...
- Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...
- Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN
- Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu
- Böyük Qayıdışla bağlı ilk iclas keçirildi
- Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
- Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər?
- ABŞ İrana yenidən zərbə endirə bilərmi?