Bakının Nəsimi rayonundakı yaşayş binalarına balkonların artırılması kütləvi hal alıb. Balkonların artırılması binaların dayanıqlığını zəiflədir, ümumi görünüşünü pozur. 50-60 il əvvəl tikilmiş köhnə binalar bu artırmalarla sakinlər üçün təhlükə mənbəyinə çevrilir.
BUTA.TV xəbər verir ki, rayonun Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış binasına artırılan balkon az qala digər binaya yapışıb. Bununla bağlı hətta görüntülər də mövcuddur.
Bu da həmin binada yaşayan sakinlərin haqlı narazılıqlarına səbəb olur. Amma buna baxmayaraq, Nəsimi Rayon İcra Hakimiyyəti bununla bağlı nəinki addım atmır, hətta buna nəyinsə müqabilində şərait yaradır.
Xatırladaq ki, bu balkonların artılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı lazımdır. Bu razılıq olmadan binaya balkon artırıla bilməz. Əgər artırılırsa, burada İcra Hakimiyyəti məsuliyyət daşıyır.
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı