Aparıcı Tarix Əliyev (Tolik) verilişindəki çıxışına görə Audiovizual Şura tərəfindən cəzalandırılmasına səssiz qalmayıb.
BUTA.TV xəbər verir ki, bu haqda Tolik sosial şəbəkə hesabında yazaraq Audiovizual Şuraya etiraz edib: "Qanun hamı üçün qanundur, deməli, belə məsləhətdir. Hörmətli Audiovizual şura, deyəsən, hərdən diqqətinizdən yayınır, xəbərçilik kimi çıxmasın: Bəzi verilişlərdə əqli qüsurluları ələ salıb, qoca arvadları ərə verən, şikayətçiləri qarşısında diz çökdürən, zorlanma səhnələrini efirdə çılpaqlığı ilə büruzə verən, azyaşlı uşaqları üzübağlı da olsa çıxarıb xalqa yazıq kimi təqdim edən, müğənnilərin həcilərini müzakirə edən, selikonlarını, bədənlərini abartılı formada təqdim edənləri də cəzalandırın".
Qeyd edək ki, Tolikin "Tarixin bir günü" proqramında yeniyetməyə qarşı qeyri-etik hərəkətlər edən məktəblinin görüntüsünü tənqid etməsinə görə MTV kanalının yayımı müvəqqəti dayandırılacaq.
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı