Şabranda avtomobil aşdı: yaralılar var

23:36 - 6 Mart 2024 - GÜNDƏM

 Şabranda avtomobil aşdı: yaralılar var

Şabran-Xaçmaz yolunda avtomobilin aşması nəticəsində xəsarət alanlar var.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "VAZ-2106" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Polaq Qasımov və Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Tural Zeynallı müxtəlif bədən xəsarətləri ilə Şabran rayon mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol