Şərqi Azərbaycan əyalətinin Leylan bölgəsində nadir tarixi əsərlər aşkar edilib.
Kult.az xəbər verir ki, bu barədə İranın mədəni irs və turizm naziri İzzətullah Zərğami açıqlamasında bildirib.
Tapıntı misin kəşfi ilə bağlı bu günə kimi olan nəzəriyyələrin dəyişməsinə səbəb olub.
Bildirilib ki, bir qadın və bir kişinin skeletləri yanında tapılan 5 mis külçəsinin tarixi eradan 6500 il əvvələ aiddir.
“Bu, beynəlxalq səviyyədə misin kəşfi tarixi ilə bağlı nəzəriyyələri dəyişdirir və onun tarixini daha 1500 il əvvələ aparıb çıxarır. Bu, dünya arxeologiyasında nadir və əhəmiyyətli hadisədir”, - nazir vurğulayıb.
Qeyd edək ki, Təbrizin 163 km cənub-qərbində yerləşən tarixi Leylan şəhəri bundan əvvəl də nadir tapıntıları ilə gündəmə gəlib.
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi