Bir daha Rusiyadan pul ala bilməməsi üçün Alla Puqaçova xarici agentlər siyahısına salınmalıdır.
Kult.az xəbər verir ki, bu təkliflə rusiyalı deputat Aleksey Juravlyov çıxış edib.
“Bütün utanc hissini itirmiş Puqaçovanın nəhayət, xarici agent kimi tanınmasını tələb edirəm. Ona görə ki, daha nifrət etdiyi Rusiyadan pul ala, burada konsertlər təşkil edə bilməsin, qonorar almasın. Görəcəksiniz, tezliklə Stas Mixaylovun (rusiyalı müğənni) proqnozlaşdırdığı kimi, tövbə etmək və bağışlanma diləmək üçün sürünərək gələcək. O zaman çox gec olacaq”, - Juravlyov bildirib.
Qeyd edək ki, məşhur müğənni, SSRİ xalq artisti Alla Puqaçova Ukraynada müharibənin əleyhinə çıxdığı üçün Rusiya rəsmiləri tərəfindən vaxtaşırı hədəfə çevrilir.
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi