Rusların diqqəti Avdeyevka və Novopavlovski istiqamətlərinin müdafiəsini yarmağa yönəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının axşam hesabatında deyilib.
“Avdeyevka istiqamətində müdafiəçilərimiz Donetsk vilayətinin Berdiç, Orlovka, Tonenkoe, Pervomayskoye yaşayış məntəqələri ərazilərində düşmənin 20-dən çox hücumunu dəf ediblər.Novopavlovsk istiqamətində Müdafiə Qüvvələri Krasnoqorivka ərazilərində düşməni mühasirəyə almaqda davam edir. Georgiyevka, Novomikhailovka, Donetsk vilayətində düşmən aviasiyanın dəstəyi ilə qoşunlarımızın müdafiəsini 22 dəfə yarmağa cəhd edib”, - məlumatda bildirilib.
Baş Qərargahın məlumatına görə, düşmən Baxmut istiqamətində hücum əməliyyatları həyata keçirməyib.
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov