Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Məlumata görə, Baş nazir Nikol Paşinyan mətbuat konfransında belə yolların xüsusilə Voskeparda olduğunu bildirib.
Erməni mediası yazır ki, “kiçik bir hissə de-yure sərhəd xəttini keçir (aşağıdakı xəritəyə bax) və sonra yenidən Ermənistan ərazisinə daxil olur. Söhbət yolun Gürcüstana gedən hissəsindən gedir”.
Baş nazirin sözlərinə görə, əvvəllər Bakı ilə danışıqlar zamanı proporsional hissəni başqa sahəyə köçürməklə bu hissənin Ermənistan üçün saxlanılmasının mümkün olduğu istisna edilmirdi. Lakin sonra o, bunun əlavə qeyri-müəyyənliklər yaratdığına qərar verdi. Ona görə də Paşinyan hesab edir ki, yeni yolun tikintisi daha yaxşıdır.
“Sputnik-Ermənistan”ın müxbiri “kəndi ikiyə bölən sovet sərhədinin harada olduğunu göstərib, 2 evi bu sərhəddən kənarda qoyub”, erməni mediasının yaydığı xəbərdə deyilir.
“Yeri gəlmişkən, Kadastr Komitəsinin xəritəsinə görə, Ermənistanla Azərbaycan sərhədi Kirants kəndi yaxınlığındakı körpü ilə keçir. Lakin “Quql” xəritələrinə görə, Azərbaycan ərazisi Ermənistanın 100 metrdən dən çox dərinliyinə gedir”, - xəbərdə deyilir.
Voskepar kəndi Azərbaycan ilə 1990-cı ildə Ermənistanın nəzarətinə keçən Azərbaycanın Yuxarı Əskipara kəndi arasında yerləşir. Bu kəndə nəzarətin Ermənistanın əlində olması Azərbaycanın bir neçə kəndini əsas torpaqlardan ayıraraq eksklava çevirib.
Kənd Azərbaycanın Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri arasında yerləşir və bu kəndlərin hamısı hazırda Ermənistanın nəzarətindədir.
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan