Məşhur model Kara Delevinnin Los-Ancelesdəki 7 milyon dollarlıq malikanəsi yanaraq kül olub.
BUTA.TV xəbər verir ki, həm də aktrisalıq edən ingilis model yanğın zamanı evdə olmayıb. O, teatr tamaşası üçün Londona gedib. Bildirilir ki, gecə 4 radələrində evin arxa bağçasından başlayan yanğın qısa müddətdə evə də keçib və malikanə tam olaraq yanıb.
“İnana bilmirəm. Həyat bir anda dəyişə bilər. Sahib olduqlarınızın qiymətini bilin”, - model İnstaqram hesabında hadisəyə münasibət bildirərkən yazıb.
Yanğının dəqiq səbəbi məlum deyil.
Qeyd edilir ki, model 2019-cu ildə bu mülkü 7 milyon dollara alıb.
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan