Rusiyada seçkilərin ikinci gününün sonunda (20:00) seçici fəallığı 55,10% olub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya MSK məlumat yayıb.
Bildirilib ki, bu seçici fəallığına məsafədən elektron qaydada səs verənlər daxil edilməyib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 15 martda başlayıb və 17 martda bitəcək.
Rusiyada 114 milyon 212 min 734 seçici (112.309.947 seçici ölkə daxilində (bura Ukraynanın işğal olunan ərazilərindəki əhali də daxildir), 1.890.863 seçici ölkə xaricində) qeydə alınıb, onlar 93 min 920 seçki məntəqəsində (269 məntəqə xaricdədir) səs verirlər.
Prezident postu uğrunda 4 namizəd - Vladislav Davankov (Yeni Xalq Partiyası), Vladimir Putin (müstəqil), Leonid Slutski (LDPR) və Nikolay Xaritonov (Kommunist Partiyası) mübarizə aparır.
- XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan