İspaniyanın müdafiə naziri Marqarita Robles Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə hədələməsinə görə ölkə əhalisinə müraciət edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə "La Vanguardia" qəzetinə müsahibəsində deyib.
"Bu gün Rusiyadan bir ballistik raket asanlıqla İspaniyaya çata bilər. İspaniya cəmiyyətinə çağırış etmək istərdim, çünki bəzən məndə elə təəssürat yaranır ki, hazırda mövcud olan böyük təhlükədən xəbərsizik.
Həm də təkcə Ukraynada deyil, Qəzza və Saheldə də vəziyyətə çox pessimist baxıram",- o bildirib.
Qeyd edək ki, V.Putin Rusiyanın hərbi-texniki baxımdan mümkün nüvə savaşı ssenarisinə hazır olduğunu açıqlamışdı.
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat