Təbii ki, Rusiya vətəndaşları tərəfindən prezident seçkilərində Vladimir Putinə fenomenal dəstək rəqəminə Qərbin reaksiyası son dərəcə maraqlı olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko qeyd edib.
“Tanımamaq? - bu, rusların kollektiv iradəsini tanımamaq və bununla da Rusiyada antiqərb əhval-ruhiyyəsini görünməmiş şəkildə gücləndirmək demək olardı.
Demokratik olmadığını bəyan etmək? – bu, camatın qarşısında şalvarına batırmaq olardı.
Susmaq? - aydındır ki, susmaq mümkün deyil.
Bu o deməkdir ki, onlar aciz qəzəblə dişlərini sıxacaqlar”, - o bildirib.
Qeyd edək ki, 15-17 martda Rusiyada keçirilən seçkilərin ilkin nəticələrinə görə, hazırkı Prezident Vladimir Putin 87 faiz civarında səslə liderlik edir.
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat