Azərbaycan Hava Yolları QSC-nin (AZAL) əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası keçirib, 600-dən çox ağac əkib.
AZAL-dan BUTA.TV-a verilən məlumata görə, aksiya Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki 1 hektar sahədə - Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan ərazidə keçirilib, Eldar şamı və zeytun ağacları əkilib. Həmçinin aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.
“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında təşkil olunan tədbirdə AZAL-ın 50-yə yaxın əməkdaşı iştirak edib. Aksiya ekoloji tarazlığın qorunması məqsədini daşıyıb.
AZAL BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq ağacəkmə və digər ekoloji təşəbbüsləri həyata keçirməklə ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir.
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos