Rusiya nüvə tərk-silahı və nüvə silahının yayılmaması məsələləri də daxil olmaqla, bütün təhlükəsizlik mövzuları üzrə danışıqlara hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov “İzvestiya” telekanalına açıqlamasında deyib.
“Prezident Putin əvvəllər bütün təhlükəsizlik mövzularının müzakirəsi ilə hazırkı şəraitdə danışıqların mümkünlüyü barədə danışıb”, - deyə Peskov bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ tərəfi Rusiya və Çinlə silahlara nəzarət üzrə ikitərəfli danışıqları indi və ilkin şərt olmadan aparmağa hazır olduğunu açıqlamışdı.
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos