Son günlər taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə təlimlərdə iştirak etmədən müəyyən ödəniş müqabilində şəhadətnamələrin verilməsi ilə bağlı müraciətlər daxil olur.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"AYNA bir daha xəbərdarlıq edir ki, taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır. Orijinal şəhadətnamənin QR kodu ayna.empro.az saytına yönləndirilir və bu zaman şəhadətnamənin elektron forması göstərilir. QR kodun oxudulması zamanı sənədin saxtalığı müəyyən edilə bilir.
Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq.
Qeyd edək ki, rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır".
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi