Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər davam etdirilir.
BUTA.TV xəbər verir ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlıq əsasında Bakı şəhərinin Nəsimi rayonu Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbində “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində maarifləndirici təlim keçirilib.
İnstitut tərəfindən hazırlanan pilot layihə çərçivəsində təlim iştirakçılarına əməyin təhlükəsizliyi, liftdən istifadə qaydaları, ekoloji təhlükəsizlik, texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları, eləcə də ilkin yardım tədbirləri haqqında ətraflı məlumat verilib.
Novruz Bayramı ərəfəsində keçirilən təlimin sonunda iştirakçılara hədiyyələr, sağlamlıq və ətraf mühitin qorunması üçün əhəmiyyət kəsb edən yaddaş vərəqələri, praktiki tövsiyələri əks etdirən çap materialları paylanılıb, sertifikatlar təqdim olunub.
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi