Elə aparıcılar var ki, zamanında daha nümunəvi, mədəni verilişlər aparıblar. Amma baxan olmayıb, maaşları da az olub.
Kult.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Nadir Qafarzadə deyib.
O, səhər verilişi aparanlardan birinin külli miqdarda maaş aldığını bildirib.
“İndi adam tanıyıram ki, səhər verilişi aparır. 10 min manat maaş alır, hələ sponsorlardan faizlər də qazanır. Reytinqlərdə də birinci yerdədir. Verilişinə ən çox “qıjı”lar gəlir. Əcəb edir, camaat pul qazanmalıdır. Deməli, siz ona baxırsınız. Heç görmədim ki, "Mədəniyyət" kanalında, ya da digər kanallarda normal verilişə milyonlarla baxış gəlsin, reytinqə düşsün. Günahkar özümüzük, heç kimi günahkar etməyək. İçimizdə “qıjılıq”, zövqsüzlük var”, - müğənni əlavə edib.
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat
- İran bir neçə milli dövlətə parçalana bilər - Arkov
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi