Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq. Bəzi taktiki gedişlərdən istifadə edəcəyik. Ola bilər matçlara fərqli taktiki gedişlərlə çıxaq.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Monqolustanla oyunöncəsi mətbuat konfransında deyib.
"Fərqli rəqiblərlə üz-üzə gələcəyik. Sabahkı matçda daha çox hücum futboluna üstünlük verəcəyik. Növbəti matçda isə balanslı çıxış etməyə çalışacağıq.
İlk növbədə onu deyim ki, mən öz işimi görürəm. Buna görə də əlimdən gələn nə varsa, komandaya aşılamağa çalışıram. Məsuliyyət baş məşqçinindir. Komandanı meydana mən çıxarıramsa, nəticəyə də mən cavabdehəm. Gələcəklə bağlı isə mən bir söz deyə bilmərəm.
Rəqibləri ay yarımdır, analiz edirik. Onların zəif və güclü tərəflərini bilirik. Monqolların futbolu fərqlidir. Avropalılardan seçilirlər. Komanda daim meydanda hərəkətdədir. Müdafiədə kompakt şəkildə çıxış edirlər. Məşqlərdə bunu yarmaq üzərində çalışırıq", - A.Əsədov qeyd edib.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...