Cəlilabadda 16 min manatlıq oğurluq olan ev yandırılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, ev sahibi Kamil İsayev evindən 16 min manat aparan oğrunun cinayətin izini itirmək üçün pulun saxlandığı hissəyə od vurduğunu deyib.
Belə ki, ötən gün axşam 19:00 radələrində qonaq gedən İsayevlər ailəsinə zəng edilərək heç kimin olmadığı evinin yanmaqda olduğu xəbəri verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsi gəlib. Güclü külək və yağış altında yanğın lokalaşdırılsa da, 130 kvadratlıq evin 50 kvadratlıq hissəsi yanıb.
Həmçinin hadisə şahidləri otaqlarda alışıb yanmayan yanar maye izləri də aşkar ediblər.
Ev sahibi Kamil İsayevin sözlərinə görə, yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənədlər və geyim əşyaları da yanaraq məhv olub. O qeyd edib ki, ev yeni təmir edilib.
Oğurlanan pul ev sahibinin oğluna məxsus imiş və o, müəyyən miqdardan sonra yeni bir ev almağı planlayırmış.
Hadisə ilə bağlı müvafiq qurumların tədqiqatı davam edir.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...