Maraqlı oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı.
BUTA.TV xəbər verir ki, bunları Azərbaycan millisinin məşqçisi Arif Əsədov "FIFA series - Edition 2024" layihəsində Bolqarıstan seçməsi ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyunçuların meydana istəkli çıxdıqlarını bildirib: "Bir neçə epizodlardan yararlana bilmədik. Komanda iki görüşdə istədiyimizin 70 faizini verdi".
Əsədov hakimlər haqqında çox danışmaq istəməyib:
"Sanki bəzi epizodlarda əleyhimizə qərar verildi. Belə hallar komandanı bərkidir. Bu qısa müddətdə istədiklərimi futbolçulara çatdırmaq əsas idi.
Gələcəyə ümidlə baxırıq. Yığmaya cəlb etdiyimiz yeni oyunçular da özlərini yaxşı tərəfdən göstərə bildilər".
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...