Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə Jozep Borrellin X hesabında bildirilib.
Telefon danışığı zamanı Borrell İranın Rusiyaya raketlər göndərməsini, nüvə proqramının inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlərini tənqid edib, bunu bölgə və dünyada gərginliyin artmasına səbəblərdən biri hesab edib.
O, həmçinin İranın nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirməsindən sonra rəsmi Tehrana qarşı sanksiyaların ləğvinin vacibliyini vurğulayıb.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...