“Krokus Siti Holl” konsert zalında terror aktını radikal islamçılar hazırlayıb, Qərb və Ukrayna xüsusi xidmət orqanları isə onlara kömək ediblər.
BUTA.TV xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov söyləyib.
O deyib ki, terror akını törədənlər Rusiyada vəziyyəti gərginləşdirmək, cəmiyyətdə təşviş yaramaq məqsədi güdüblər. Rusiya xüsusi xidmət orqanlarının dost ölkələrdən olan həmkarları ilə terror aktının bütün iştirakçılarının müəyyən edilməsi üzərində işlədiyini vurğulayan FTX rəhbəri hazırda Rusiyada terror təhlükəsinin saxlandığını da diqqətə çatdırıb.
Bortnikovun sözlərinə görə, Moskva vilayətində baş vermiş terror hadisəsini hazırlayanlar və onun iştirakçıları məlum olsa da, sifarişçilər hələlik aşkar edilməyib.
ABŞ-ın Moskvada terror aktı hazırlanması barədə xəbərdarlıq etməsinə aydınlıq gətirən FTX-nın direktoru deyib ki, belə bir xəbərdarlıq alınmışdı, lakin həmin məlumat ümumi xarakter daşıyırdı.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...