Martın 26-ı Suriyada İrana bağlı qruplaşmaların bazalarına hava zərbələri, Tehran hökumətinin İordan çayının qərb sahilindəki döyüşçülərə iri həcmli silah göndərmək cəhdlərinə cavab idi.
BUTA.TV xəbər verir ki, bunu “İran İnternəşnl” saytı İsrailin adı açıqlanmayan təhlükəsizlik rəsmisinə istinadən yazıb.
Məlumatda bildirilib ki, son hava hücumu Cavad Qafarinin başçılıq etdiyi SEPAH-ın Kəşfiyyat Xüsusi Əməliyyatlar İdarəsinə qarşı planlaşdırılan uzunmüddətli və davamlı əməliyyatın bir hissəsidir.
"Bu əməliyyatda silahların ötürülmə marşrutu İsrail Təhlüksizlik Xidməti (Şin Bet) və İsrail ordusu tərəfindən aşkar edilərək məhv edilib”,- israilli mənbə vurğulayıb.
Qeyd edək ki, hava hücumu nəticəsində öldürülən İrana bağlı silahlıların sayı 15-ə, yaralıların sayı isə 34-ə çatıb.
Yaralıların 24 nəfərinin İrana bağlı silahlılar, 10 nəfərinin isə suriyalı mülki şəxslər olduğu bildirilib.
Onların arasında SEPAH-ın hərbi müşaviri olan Bəhruz Vahidi də var.
Hava hücumu SEPAH üzvlərini və logistik avadanlıqları daşıyan İran nəqliyyat təyyarəsinin Deyr əz-Zor hava limanına enməsindən bir neçə saat sonra baş verib.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...