İstisna etmirəm ki, Ermənistan bu kəndləri verməsə, Azərbaycan hücuma keçə bilər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, Azərbaycan bu barədə açıq danışıb:
“Ermənistan hakimiyyəti müxalifətçilərin guya hər şeyi verirlər məntiqindən çıxış etmir. Xeyr, gəlin açıqlayaq ki, biz ərazilərimizi sövdələşmə obyektinə çevirmirik. Artıq iki ildir ki, dəhlizdən danışırlar. Niyə biz bu məsələdə güzəştə getmədik? Çünki aydındır ki, o bizim yurisdiksiyamızdadır. Tavuşdakı torpaqların verilməsindən sonra Azərbaycanın Ermənistana məxsus əraziləri tərk edəcəyinə heç bir təminat yoxdur. Mən belə təminatlardan danışa bilmərəm, amma deyə bilərəm ki, biz bu prosesi güzgü məntiqi ilə aparmalıyıq. Sərhədin Tavuşdan çəkilməsinə başlamaq daha yaxşıdır, çünki orada daha az mübahisəli ərazilər var. Düşünürəm ki, bu proses nəticəsində biz sərhədin tam konturunu əldə edəcəyik. Bu yerdə, ümumiyyətlə, heç bir ciddi mübahisə yoxdur. Digər sahələrlə bağlı mübahisələr var”, - Simonyan bildirib.
- Trampdan iranlılara: Yardım yoldadır! - Müharibə başlayır?
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...