Ermənistan Baş naziri Nikol Paşinyan 4 kəndi hansı tarixdə Azərbaycana qaytarmağı planlaşdırır? Aydındır ki, bundan öncə Paşinyan müdafiə nazirinə əmr verməlidir ki, ordu bölmələrini həmin kəndlərdən çıxarsın. Bunu həyata keçirməklə bərabər geri çəkildikdən sonra ordu bilrlikləri Ermənistan ərazisində yeni mövqelər müəyyənləşdirməlidirlər.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İrəvan bu prosesi uzatmamalıdır, çünki zaman onun əleyhinə işləyir:
“Aprel ayında bu məsələ həllini tapmalıdır. Nikol Paşinyanın Kəlbəcər və Ağdamın boşaldılması nümunəsində olduğu kimi, rəsmi Bakıdan 4 kəndi boşaltmaq üçün zaman istəyə biləcəyi də istisna deyil. Kəlbəcərdə işğal zamanı qanunsuz olaraq yerləşdirilən ermənilər çıxmalı idilər, Qazaxa bitişik 4 kənddə isə ermənilər yaşamır. Ona görə Paşinyana çox vaxt verilə bilməz. Paşinyanın 4 kəndin qaytarılmasıyla bağlı vaxtı uzatdıqca onun bu qərarına qarşı olanların müqavimət gücünün artmasına da şərait yaradır”.
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək