Biz zərbə endirdikcə PKK küncə sıxılır. Bu dəfə isə illərdir onlara səbr nümayiş etdirən ölkələrdə terror aktları törədir.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Belçika və Almaniyada PKK tərəfdarlarının hücumları barədə açıqlamasında deyib.
Nazir Belçikada Türkiyə vətəndaşlarına hücumdan sonra dərhal sonra belçikalı həmkarı ilə telefon əlaqəsi yaratdığını və olayın araşdırılmasını istədiklərini bildirib.
“Dünən axşam Almaniyada Hannover Baş konsulluğumuza hücum edəcək qədər yollarını azdılar. Ankara və Berlin lazımi addımları atdı. Hücumu həyata keçirənlərin ədalət qarşısında cavab verəcəyini gözləyirik”.
Qeyd edək ki, Belçikanın iki şəhərində PKK tərəfdarları Türkiyə vətəndaşlarına hücum edərək təxribata əl atıb. Bundan əlavə, Türkiyənin Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğunun binasına da hücum həyata keçirilib.
- Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar...
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək