Vladimir Putinin yox olması Rusiya vətəndaşlarının dünyaya münasibətində sürətli dəyişikliklərə səbəb olmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
"Heç nə tez dəyişməyəcək. Rusiyada kəskin dəyişikliklərlə onların dünyaya münasibəti, dünyagörüşü kəskin şəkildə dəyişə bilməz. Onlar əslində öz təbliğatlarının qurbanı olublar”, – o bildirib.
Budanovun sözlərinə görə, Rusiya cəmiyyəti indi Ukraynaya və “kollektiv Qərbə” nifrət etməyə köklənib:
“Hətta birisi indi peyda olub, “Bilirsən, biz dayanırıq!” desə də, hər şey dayansa belə, bu nifrət uzun illər bütün qərarların qəbuluna ciddi təsir göstərəcək”.
- Azərbaycana görə qiymətlər azaldı - Paşinyan
- Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos
- Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan
- ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi
- Azərbaycanda və Hindistanda su itkisinin həcmi...
- Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...
- Onlar Bakıdan Ermənistana gedəcək
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri