Fransa həbsxanalarındakı məhbusların sayı tarixi rekord həddə - 76,7 min nəfərə çatıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, il ərzində məhkumların sayı 4,4 min nəfər artaraq 76,7 min nəfərə çataraq növbəti rekorda imza atıb. Eyni zamanda, Fransa həbsxanalarının maksimum tutumu 61,6 min nəfərdir.
Həddindən artıq sıxlıq səbəbindən 3 mindən çox məhbus döşəmədə yatmağa məcburdur, halbuki 2023-cü ildə bu rəqəm 2 min nəfərdən bir qədər çox idi.
Bununla da, respublikanın penitensiar müəssisələrinin doluluq səviyyəsi 125%-i ötüb ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.
Eyni zamanda istintaq təcridxanalarında da vəziyyət daha ağırdır.
- Bakı bu dörd ermənini İrəvana verdi
- Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!
- ABŞ-ın İrana qarşı A və B planı
- ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi
- Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır
- Ermənistan bizi Qafqazdan çıxarır – Solonnikov
- Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan
- Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat