Ukrayna Təhlükəsizlik Xidməti Rusiya XİN-in Moskvada baş vermiş irimiqyaslı terror aktında Kiyevin əli olması ilə bağlı bəyanatını əhəmiyyətsiz adlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Beynəlxalq hüquq normalarına, daha doğrusu, terrorizmə qarşı mübarizə haqqında konvensiyaya müraciət etməyə çalışan Rusiya Xarici İşlər Nazirliyi unudur ki, məhz Putin rəsmi olaraq beynəlxalq axtarışa verilib - xüsusən də onu ukraynalı uşaqların qaçırılmasına görə Haaqa Tribunalında gözləyirlər. Buçanın azad edilməsinin ildönümü və rusların orada törətdiyi vəhşiliklər fonunda terrorla bağlı bəyanatları xüsusilə terrorçu ölkənin özündən eşitmək çirkin görünür",- məlumatda deyilir.
Vurğulanıb ki, Rusiyanın diqqətəlayiq yeganə bəyanatı müharibədə məğlubiyyətin elan edilməsi və işğalçı qüvvələrin Ukraynadan çıxarılması ola bilərdi.
Qeyd edək ki, Rusiya XİN Krım körpüsünün bombalanmasını və digər terror aktlarının təşkilinin təfərrüatını etiraf edən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun həbsini rəsmi Kiyevdən tələb edib.
- TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri
- Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..
- Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?