Bu qorxaq cinayət cavabsız qalmayacaq. Bir daha terror cinayəti və beynəlxalq qaydaların kobud şəkildə pozulması nəticəsində qəsbkar sionist rejimin çirkli əlləri ölkəmizin bir neçə general və zabitinin qanına bulaşıb.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi deyib.
“Sionist rejim öz nicatı uğrunda mübarizədə kor-koranə qətlləri öz gündəminə daxil edib, lakin bilməlidir ki, bu cür qeyri-insani üsullarla heç vaxt öz pis məqsədlərinə nail olmayacaqlar. Müqavimət cəbhəsinin gündən-günə gücləndiyinin, azad xalqların nifrətinin şahidi oluruq və bu qorxaq cinayət cavabsız qalmayacaq”, - Rəisi vurğulayıb.
Qeyd edək ki, ötən gün İsrailin İranın Dəməşqdəki konsulluğuna zərbəsi nəticəsində SEPAH-ın iki generalı və 5 zabiti ölüb. İranlı diplomatların öldüyü barədə də məlumat yayılıb, lakin həlilik dəqiqləşmə yoxdur.
- 12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...