ABŞ ordusunun mobil təlimatçıları Ermənistanda səfərdədir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, amerikalı hərbçilər 1-5 aprel tarixində Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsi və “Zinus media” dövlət qurumunun əməkfaşlarına təlim keçir. Təlimin əsas mövzusunun ictimaiyyətlə əlaqələlər və kommunikasiya olduğu deyilir.
Amerikalı hərbçilərin Ermənistanda peyda olması bir neçə kontekstdə diqqət çəkir.
Birincisi, onların İrəvana aprelin 5-də Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçiriləcək Brüssel görüşündən öncə gəlməsidir: Brüssel görüşündə Ermənistanın “təhlükəsizliyi” adı altında Qərb qüvvələrinin bu ölkəyə gətirilməsi məsələsinin müzakirə olunacağı, görüşdən öncə bu istiqamətdə praktiki addımların atılacağı gözlənilir; istisna deyil ki, artıq ABŞ hərbçiləri Ermənistana hissə-hissə gəlməyə başlayıb;
İkincisi, Ermənistana gələn hərbçilər təkcə “informasiya sahəsi” üzrə mütəxəssislərdir?
Bu sual düşündürücüdür. Mümkündür ki, amerikalı hərbçilərin Emənistana daxil olması daha təhlükəsiz görünən “informasiya sahəsi üzrə mütəxəssislər” adı altında həyata keçirilir. Bu hərbçilərin 5 aprel görüşündən sonra Ermənistan ordusunun hazırlanması prosesini həyata keçirməsi gözləniləndir.
Erməni şərhçi Akop Badalyan isə yazır ki, ABŞ Ermənistanı informasiya müharibəsinə hazırlayır.
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...
- Solovyovun it kimi hürməsi... - Rubinyan