Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Belarus Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviçin dəvəti ilə Minsk şəhərində rəsmi səfər edib.
BUTA.TV xəbər verir ki, səfərin məqsədi “Konstitusiyanın aliliyi: konstitusiya dəyişiklikləri və konstitusiya nəzarətinin müasir inkişafı” mövzusunda Belarus Konstitusiya Məhkəməsinin 30 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransda iştirak etməkdir.
Konfransda F.Abdullayev “Azərbaycanda konstitusiya nəzarəti institutunun inkişaf tendensiyaları” mövzusunda məruzə ilə çıxış edib.
Səfər çərçivəsində Belarus Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın rəhbərliyi ilə ikitərəfli işgüzar görüşlər keçirilib, məhkəmə təcrübəsi və qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı hüquqi məsələlər ətrafında müzakirələr aparılıb.
Konstitusiya Məhkəməsinin işgüzar səfəri çərçivəsində tədbir və görüşlərdə Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev də iştirak edib.
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...
- Solovyovun it kimi hürməsi... - Rubinyan