Şirin dadlı alkoqollu içkilər tünd içkilərdən heç də az zərərli deyil.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, psixiatr Ruslan İsayev şirin içkilərdən də alkoqolizm yarandığını bildirib.
“İnsanlar elə düşünür ki, sərxoşluq, alkoqolim yalnız araq, çaxır, viski içdikdə olur. Alkoqolu ciddi və şirin içkilərə bölürlər. Hətta şirin alkoqolu zərərsiz bilib, onu qadınlara ötürüblər. Amma sərxoşluq, əyyaşlıq və alkoqolizm hansı içkini içməkdən yox, etanolun orqanizmə düşən konsentrasiyasından, müddətdən və nə qədər çox içilməsindən qaynaqlanır.
Alkoqollu içkilərin şirin, tünd, hər hansı əlavəli olması, dadı heç bir rol oynamır. Şirin içkilərin bir mənfi cəhəti var. Şəkər qaraciyərə əlavə yükdür.
Birinci qanda qlükoza parçalanır, yalnız bundan sonra orqanizm qalan gücünü etil spirtini neytrallaşdırmağa sərf edir.
Ona görə şirin içkilər daha tez sovrulur. Əgər qadınlar şirin şərabı desertlə qəbul edərsə, bu, güclü intoksikasiya verə bilər”, - R.İsayev qeyd edib.
- İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini
- İsrail nazirinin Bakıya səfərinin məqsədir nədir?
- Prezidentdən bu nazirlə bağlı sərəncam
- Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?
- Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...
- Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...
- Solovyovun it kimi hürməsi... - Rubinyan