Dünyanın ən uzunömürlü insanı britaniyalı 111 yaşlı Con Tinnisvuddur.
BUTA.TV Report-a istinadən xəbər verir ki, yarım əsrdən çoxdur təqaüdə çıxan Tinnisvud bu həftənin əvvəlində 114 yaşlı venesuelalı Xuan Visente Peres Moranın ölməsindən sonra Ginnesin Rekordlar Kitabına düşüb.
Tinnisvud 1912-ci ildə İngiltərənin şimalındakı Mersisaydda anadan olub. Keçmiş poçt işçisi, təqaüdə mühasib kimi çıxan Tinnisvud 111 il 222 gündür ömür sürür.
O, qeyd edib ki, uzunömürlülüyünün səbəbi “sadəcə şansdır” və pəhrizin xüsusi bir sirri yoxdur.
Tinnisvud uzun ömür sürməsinin sirrini belə izah edib: “Ya çox yaşayırsan, ya az, bununla bağlı çox şey edə bilməzsən".
Dünyada ən çox yaşamış kişi 116 il 54 gün ömür sürmüş yaponiyalı Jiroemon Kimura olub. Ən çox ömür sürən qadın və planetimizin ən uzunömürlü insanı 117 yaşlı ispaniyalı Mariya Branyas Moreradır.
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...
- Solovyovun it kimi hürməsi... - Rubinyan
- Bu ölkə səfirləri İran XİN-ə çağırıldı
- Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı
- Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu