İranın Teleqram kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb. Rəsmi İrəvan bu xəbərləri nə təsdiq, nə də təkzib edir. Görünür, Tehran və İrəvan bu xəbərlər vasitəsilə Azərbaycana təzyiq etdiklərini düşünürlər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu özünün facebook hesabında yazıb. O, İrandan Ermənistana SEPAH-a məxsus hərbi yük təyyarəsi ilə PUA və digər silahlar daşınması barədə məlumatı şərh edib:
“Tehranın başqa bir təzyiq aləti İranın dini liderinin hərbi müşaviri Yəhya Səfəvinin “dünyanın müxtəlif yerlərdəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil” açıqlamasıdır. Əvvəlcə İran parlamentinin deputatı İsrailin Azərbaycandakı səfirliyini nişan göstərdi, ardınca bu açıqlamanın rəsmi təsdiqi gəldi”, - o bildirib.
Qeyd edək ki, 29 mart-4 aprel tarixlərində İranın Sərab və Tehran şəhərlərindən SEPAH-a məxsus “Boinq” hərbi yük təyyarəsi İrəvana 5 dəfə reys həyata keçirib.
- Yeni gömrük yığımları tətbiq edilir: Bir tonu 150 manat...
- Solovyovun it kimi hürməsi... - Rubinyan
- Bu ölkə səfirləri İran XİN-ə çağırıldı
- Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı
- Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər
- Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış
- Azərbaycanlılar aksiyalara buna görə qoşulmur
- Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu